KİTABLARIMIZ

 «AZƏRBAİCANIN MÜHÜM ORNİTOLOJİ ƏRAZİSİ»image

II-cild: Qafqaz, Kiçik Qafqaz, Cənub bölgəsi (Lənkəran)

Elçin Sultanov, Tahir Kərimov, Sevinc Saruxanova, Sevinc Mirzəyeva, Sevinc Hümmbətova, Arzu Məmmədov, Gündüz Cəbrayıllı.

Bakı, «Victory», 2011, 147 səh.

 

 

İSBN: 978-9952-8037-2-3

 

 

image1

«AZƏRBAİCANIN MÜHÜM ORNİTOLOJİ ƏRAZİSİ»

I-cild: Abşeron - Qobustan, Kür - Araz ovalığı,Naxçıvan

Elçin Sultanov, Tahir Kərimov, Sevinc Saruxanova, Sevinc Mirzəyeva, Sevinc Hümmbətova, Arzu Məmmədov, Aytəkin Cabbarova.

Bakı, «Victory», 2010, 138 səh. 

 

İSBN: 978-9952-8010-9-5

  

image 2

«AZƏRBAİCANIN BÖHRAN VƏZİYYƏTİNDƏ OLAN QUŞLARI: AĞ DURNA, ÇIĞIRQAN CÜLLÜT VƏ KİÇİK ƏYRİDİMDİK» 

 E.H. Sultanov, T.Ə. Kərimov, S.N.Mirzəyeva

 Naxçıvan, «TUSİ», 2011, 38 səh.

 

 

 

İSBN: 978-9952-8037-3-0

 

photo

«İMPERATOR QARTALI, LEŞYEYƏN VƏ ÇÖL MUYMULU AZƏRBAİCANDA»

E.H. Sultanov, T.Ə. Kərimov, A.F.Məmmədov, Ə.S.Səmədov, Ş.A.İsayev, G.N.Cəbrayıllı

Naxçıvan, «TUSİ», 2011, 74 səh.

 

 

 

 İSBN: 978-9952-8037-3-6

 

HACIQABUL GÖLÜNÜN MÜASİR EKOLOJİ VƏZİYYƏTİ

«HACIQABUL GÖLÜNÜN MÜASİR EKOLOJİ VƏZİYYƏTİ»

E.H. Sultanov, T.Ə.Kərimov, V.A. Məmmədov, S.İ. Əliyev

Bakı, «Victory», 2008, 135 səh.

Kitabda Hacıqabul gölünün antropogen təsirlə pozulmuş rejimdə hidrobiokimyəvi xassələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, hidrobioloji və ornitoloji xüsusiyyətləri, gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ondan səmərəli istifadənin istiqamətləri müəyyənləşdirilmişdir. Bununla yanaşı Hacıqabul gölünün sosial-mədəni əhəmiyyəti və qorunmasına dair təkliflər də qeyd edilib.

ISBN 978-9952-809-97-8

 

 

ORNİTOLOJİ MONİTORİNQ

«ORNİTOLOJİ MONİTORİNQ»E.H. Sultanov, T.Ə. Kərimov, Ş.A. İsayev

Bakı, «Xəzər universiteti» nəşriyyatı, 2008, 32 səh.

Bu kitabda ornitoloji monitorinqin məqsədi, vəzifələri, obyekt və metodları; ornitoloji monitorinqə hazırlıq və onun proqramı haqqında; ornitoloji monitorinqdə istifadə olunan cihazlar haqqında ətraflı məlumat verilmişdir. Bununla yanaşı müxtəlif quşların, müxtəlif biotoplarda say qeydiyyatının aparılması metodları göstərilmişdir. Kitabda, eyni zamanda Mühüm Ornitoloji ərazilərin kriteriyaları haqqında da bəhs olunur.

ISBN 978-9952-809-96-1

 

 

 

ZƏRBAYCAN ORNİTOFAUNASINDAN BEYNƏLXALQ SAZİŞ VƏ KONVENSİYALARA DAXİL EDİLMİŞ QUŞ NÜVLƏRİ

«AZƏRBAYCAN ORNİTOFAUNASINDAN BEYNƏLXALQ SAZİŞ VƏ KONVENSİYALARA DAXİL EDİLMİŞ QUŞ NÜVLƏRİ»

Elçin Sultanov, Tahir Kərimov

Bakı, «Victory», 2007, 107 s.

Bu kitabda, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) Qırmızı siyahısına və Azərbaycan Qırmızı Kitabına daxil olan 48 quş növünün Avropada, Azərbaycanda yerləşməsi, sayı, yuvalaması, qışlaması, miqrasiyası, statusları, mühafizə olunma statusları, mühafizə olunma səviyyələri, onlara qarşı olan mənfi təsirlər təhlil edilir və müvafiq təkliflər verilir.

 

ISBN 5-87 459-017-X

 

 

 

EKOLOJİ TURİSTLƏRİN BƏLƏDÇİLƏRİ ÜÇÜN LÜĞƏT VƏ DANIŞIQ KİTABÇASI

«EKOLOJİ TURİSTLƏRİN BƏLƏDÇİLƏRİ ÜÇÜN LÜĞƏT VƏ DANIŞIQ KİTABÇASI»E.Rustamov
Redaktorlar:

E.Sultanov, A.Quliyeva, F.Ağabalayev

Bakı, 2007, 26 s.

Ekoloji turistlər və yerli bələdçilər, keateykerlər üçün nəzərdə tutulan bu kitabda geniş istifadə olunan quş, heyvan və bitki növlərinin adları, bəzi coğrafi terminlərlə yanaşı, bir çox ifadə və söz birləşmələri yer alır.

 

 

 

 

İMPERATOR QARTALI

«İMPERATOR QARTALI»E.Sultanov, T.Kərimov, A. Cabbarova

Bakı, Nağıl evi, 2006, 52 s.

"İmperator Qartalı" adlı yenicə işıq üzü görmüş kitabda ilk dəfə olaraq bu növ haqqında ətraflı məlumat verilir. Kitabdakı məlumatlar həm keçmiş elmi ədəbiyyatlara, həmçinin son 5 ildə aparmış olduğu tədqiqatlara əsaslanır. Qeyd edilən tədqiqatların nəticələri geniş şəkildə öz əksini tapmışdır. Kitabda bu nadir növün yayılması, sayı, qidalanması, ona qarşı olan təhlükələr haqqında məlumat verilir. Kitab azərbaycan dilindədir.

ISBN 995221028-0

 

 

QARA LEYLƏK

«QARA LEYLƏK»Aytəkin Cabbarova
Elmi redaktorlar:

E. Sultanov, T. Kərimov

Bakı, Nağıl evi, 2006, 46 s.

Təqdim edilən bu kitabda Qara Leyləyin mənşəyi, təsnifatı, mühafizə statusu, bioekoiloji xüsusiyyətləri, Azərbaycanda yayılma və yuvalama arealları haqqında zəruri məlumatlar yer alır. Kitabçaya daxil edilən xəritə və sxemlər, fotoşəkillər onu daha məzmunlu və asan başadüşülən edir.

ISBN 995221029-9

 

 

AZƏRBAYCANDA QUŞLARI HARADA MÜŞAHİDƏ ETMƏK OLAR

«AZƏRBAYCANDA QUŞLARI HARADA MÜŞAHİDƏ ETMƏK OLAR»

Nepyer Şelton, Elçin Sultanov

Bakı, Halal Print, 2001, 112 s.

Kitabda Azərbaycanda quşları müşahidə etmək üçün 30 maraqlı ərazi haqqında məlumat verilmişdir. Bundan başqa, kitabda Azərbaycan quşlarının tam siyahısı qısa təsvirlə verilmişdir.

 

 

 

 

 

 

AZƏRBAYCANIN POTENSİAL RAMSAR SAHƏLƏRİ

«AZƏRBAYCANIN POTENSİAL RAMSAR SAHƏLƏRİ»

Baş redaktor b.e.n. E. H. Sultanov, məsləhətçilər: c.e.d. Ş. Xəlilov, b.e.n. S.Əliyev

Bakı, 2000
Wetlands International – AEME Publ.
ISBN 90 5882 9898

Bu kitabda, su-bataqlıq quşlarının mühüm yaşayış sahələri sayılan və Ramsar Konvensiyasına uyğun beynəlxalq əhəmiyyətə malik su-bataqlıq əraziləri təsvir edilir. Bu işlər Azərbaycanda Ramsar Konvensiyasına uyğun olan sahələri müəyənləşdirməyə və onların mühafizəsinə, səmərəli istifadəsinə imkan verir.

 

 

 

QAFQAZ TETRASI

«QAFQAZ TETRASI»

Elçin Sultanov, Tahir Kərimov, Ziqfrid Klaus, Yonatan Etsold

Bakı, Səda, 2003, 32 s.

Kitabda Qafqazın endemiki, Dünyanın, Azərbaycanın, Gürcüstanın, Rusiyanın Qırmızı Kitabına salınan, Dünya üzrə təhlükə qarşısında olan, haqqında kifayət qədər məlumat olmayan Qafqaz Tetrası, onun yayılması, yaşayış yerləri, sayı, qidalanması, çoxalması, əhəmiyyəti və mühafizəsi və onun öyrənilməsi sahəsində aparılan tədqiqatlardan söhbət açılır. Bu növün qorunub saxlanılmasında və öyrənilməsində mühüm olan birgə layihələrdən bəhs edilir.

ISBN-5-86874-044-0

 

 

AZƏRBAYCANIN NADIR SU-BATAQLIQ QUŞLARINI QORUYUB SAXLAYAQ

«AZƏRBAYCANIN NADIR SU-BATAQLIQ QUŞLARINI QORUYUB SAXLAYAQ!»

E. H. Sultanov, T. Ə. Kərimov, N. Ç. Ağayeva, Ş. T. Talıbov

Bakı, Səda, 2002, 138 s.

Kitab iki dildə-azərbaycan və rus dilində nəşr olunmuşdur. Kitabda Dünya Qırmızı Siyahısına və ya Azərbaycan Qırmızı Kitabına daxil edilmiş 13 növ su-bataqlıq quşunun xarakteristikası və qorunma statusu verilmişdir. Həmin növlərin sayı, ərazidə yayılması, mövcud təhlükələr və digər xüsusiyyətləri göstərilir. Bu məlumatlar həmin növləri Dünya üzrə və Azərbaycanda mühafizə etməyə köməklik edəcəkdir. Bu işi dəstəkləmək hər birimizin borcudur.

ISBN 5-86874-247-1

 

 

BAKI SUPSA NEFT KƏMƏRI BOYU YERLƏŞƏN YÜKSƏK BIOMÜXTƏLIFLIK VƏ HƏSSASLIĞA MALIK EKOSISTEMLƏRIN ICTIMAIYYƏT GÜCÜ ILƏ KEÇIRILƏN EKOLOJI MONITORINQI

«BAKI SUPSA NEFT KƏMƏRI BOYU YERLƏŞƏN YÜKSƏK BIOMÜXTƏLIFLIK VƏ HƏSSASLIĞA MALIK EKOSISTEMLƏRIN ICTIMAIYYƏT GÜCÜ ILƏ KEÇIRILƏN EKOLOJI MONITORINQI»

Bakı –Tbilisi, 1999, 124 s.

Kitab 4 dildə-azərbaycan, ingilis, rus və gürcü dillərində çap edilmişdir. Bakı Supsa neft kəməri boyu yerləşən həssas ekoloji sistemlərin xarakteristikası və mövcud vəziyyəti verilir. Vəziyyəti yaxşılaşdırmaq üçün təklif verilir. Aşağıdakı ekosiostemlər (Hacıqabul gölü, Varvara su anbarı, Candar gölü, Rustavi şəhəri ətrafı Kür çayında adacıqlar, Tbilisi su anbarı, Paliastomu gölü və Qara dənizin Supsa terminalı ətrafında sahilboyu zolağı ) kitabda öz əksini tapmışdır. Kitaba verilən əlavədə Gürcüstanın yenilənmiş ornitofauna siyahısı verilir. Xüsusi yer quşların sayına, yayılmasına və ekosistemlərə yönəlmiş təhlükələrə verilmişdir.

 

 

XÜSUSİ QORUNAN MÜHÜM ORNİTOLOJİ ƏRAZİLƏR HAQQINDA VƏSAİT

«XÜSUSİ QORUNAN MÜHÜM ORNİTOLOJİ ƏRAZİLƏR HAQQINDA VƏSAİT»

Elçin Sultanov, Nigar Ağayeva, Lars Laxman, Aksel Broynlix, Piter Herkenrat, Con O'Sallivan

Bakı 2005, 80 s.

"Xüsusi qorunan Mühüm Ornitoloji Ərazilər haqqında vəsait" adlı kitabda Azərbaycanın ərazisindəki MOƏ-lər, MOƏ-lər üzrə Azərbaycan layihəsinin məqsədi, quşların mühafizəsini təmin edən beynəlxalq konvensiyalar, MOƏ üçün kriterilər və s. haqqında ətraflı məlumat verilir. Quşların mühafizəsi üçün beynəlxalq əhəmiyyətli yerlərin siyahıya alınmasını nəzərdə tutan MOƏ proqramı-quşları, yayılma ərazilərini, onların müxtəlifliyini qoruyan təşkilat Birdlife İnternational tərəfindən irəli sürülmüşdür. Programın məqsədi dünyada MOƏ-lərin seçilib mühafizəsindən ibarətdir. Azərbaycanda quşlar üçün zəngin biomüxtəlifliyə malik ərazilər çoxdur, bu baxımdan respublikamız bir çox quş növlərinin biomüxtəlifliyinin qorunmasında böyük rol oynayır.
Kitab Azərbaycan və rus dillərində nəşr edilmişdir.

 

 

AZƏRBAYCANIN QUŞLARI

«AZƏRBAYCANIN QUŞLARI»

Təbiətdə müşahidə aparmaq üçün kiçik təyinedici b.e.n. E. H. Sultanov, M. Brombaxer, T. Kərimov, N. Ağayeva, İ. Məmmədova, A. Cabbarova, T. Abbasova

Bakı, Avropa və "Texronix-S" MMC, 2005, 71 s.

Təbiətdə müşahidə aparmaq üçün nəzərdə tutulan "Azərbaycanın quşları" adlı çöl təyinedicisi Azərbaycan təbiətini, onun ornitoloji faunasını öyrənməyə şərait yaradır. Aydın, oxunaqlı dildə yazılan, növləri təyin etməyə kömək edən şəkillərin yer aldığı bu təyinedici Azərbaycaın quş faunasının üçdə birini özündə əks etdirir. Bu kitab birinci növbədə həvəskar quşsevərlər üçün nəzərdə tutulmuşdur. Təyinedicidə Azərbaycanın (1989) və Dünyanın (Birdlife, 200) Qırmızı Kitabına aid olan növlər göstərilir. Kitab azərbaycan dilində çap edilmişdir.