Azərbaycan Ornitoloji Cəmiyyəti press konfrans keçirtdi

Azərbaycan Ornitoloji Cəmiyyəti "Leşyeyənin Azərbaycanın kiçik Qafqaz hüdudlarında mühafizəsi " layihəsinin nəticələri ilə bağlı press konfrans həyata keçirtdi.

press konf 2012


Konfransda Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru Elçin Sultanov, Azərbaycan Ornitoloji Cəmiyyətinin elmi katibi Tahir Kərimov, Layihənin koordinatoru Guler İsayeva və layihə əməkdaşı Emin Məmmədov iştirak etdi. Konfransda "Leşyeyənin Azərbaycanın kiçik Qafqaz hüdudlarında mühafizəsi " layihəsinin ümumi nəticələri haqqında media nümayəndələrinə məlumat verildi.

Aparılan tədqiqatlar Azərbaycanın Kiçik Qafqaz hüdudlarında (Daşkəsən, Gədəbəy, Samux) leşyeyən kərkəzə aid 7 aktiv yuva, 9 təxmin olunan yuva və müxtəlif ərazilərdə uçan leşyeyən kərkəzin olduğu tədqiq edildi, lakin bu rəqəmlər həqiqətdə olduğundan hələ xeyli azdır, çünki bütün ölkə ərazisində tədqiqatlar hələ başa çatmamışdır və son 2 ildə alınan nəticələr leşyeyən kərkəzin Azərbaycanda yuvalama populyasiyasını təqribən 96 cüt sayında qiymətləndirməyə imkan verir.