Şirvan Milli Parkına ekskursiya

          28.04.2013-cü il tarixində  Azərbaycan Ornitoloji cəmiyyəti  tərəfindən Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbələri üçün Şirvan Milli Parkına ekskursiya təşkil edildi.

eeee

 

 

         Ekskursiya zamanı tələbələrlə tanışlıq oldu. Tələbələrə Şirvan Milli Parkı haqqında ümumi məlumat verildi. Daha sonra əsas məqsəd olan Şirvan Milli Parkında quşların müşahidəsi (təyinedici və optik cihazlar vasitəsilə) aparıldı. Burada yuvalayan,qışlayan quşlar haqqında,onların köç etməsi, yuvalaması, xarakterik xüsusiyyətləri haqqında tələbələrə  ətraflı məlumat verildi. Sonra tələbələrlə müzakirələr aparıldı.