Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən Ağcabədi, Ağdaş və Zərdab rayonlarının meşələrində ekspedisiya keçirilmişdir

29 may - 1 iyun Azərbaycan Ornitoloji Cəmiyyəti tərəfindən Ağcabədi, Ağdaş və Zərdab rayonlarının meşələrində adi qırqolun müasir vəziyyətini öyrənmək üçün ekspedisiya keçirilmişdir.

AOS 2885Şəkil: Emin Mamedov

      Azərbaycanın Qırmızı Kitabının növbəti buraxılışına adi qırqovul daxil olunması nəzərdə tutulmuşdur. Keçmişdə bu adi növ, Tuqay və dağ ətəyi meşələri yaraşığı, Azərbaycanda nəsli kəsilmək təhlükəsi ilə qarşılaşmışdır. Bunun əsas səbəbi ov itləri vasitəsi ilə aparılan ovdur. Belə ki, kollarda gizlənən və göz ilə görsənməyən quşu ov iti iyi ilə tapır və ovçunun qabağına qovur. Və beləliklə yerli populyasiyanın nəsli kəsilir, çünki qələn il çoxalma üçün quş qalmır. Qırqovul bu vaxtacan qırmızı kitabda olmasada onun ovlanması çoxdan qadağandır. Təəsüfki ovçular buna çox vaxt əməl etmir. Tədqiqat nəticəsində iş aparılan ərazidə qırqovul tapılmamışdır.

IMG 3261Şəkil: Əbülfət Səmədov

AOS 2836Şəkil: Emin Mamedov


AOS 2875Şəkil: Emin Mamedov

AOS 2875wŞəkil: Emin Mamedov

AOS 287w5Şəkil: Emin Mamedov