Avropa Quş Müşahidə Günü

5-6 oktyabr XX-ci Avropa Quş Müşahidə Günü ilə əlaqədar Azərbaycan Ornitoloji Cəmiyyətinin "Qarabağ-Aran" şöbəsinin, Bakı müşahidə klubunun və AOC-nın üzvlərinin iştrakı ilə Ağ-göl və Şirvan Milli Parklarında ekskursiyalar təşkil olunmuşdur. Ekskursiyamizda eləcə də Bakı Dövlət Universitetinin Biologiya fakultəsində təhsil alan xarici vətandaşlarda iştirak etmişdir (Estoniya, Polşa, İspaniya). Apardığımız müşahidələr zamanı ən çox saylı növlərdən Fitçi cürə - Anas crecca, Qaşqaldaq – Fulica atra və qıvrımlələk qutanı - Pelecanus crispus qeyd etmək olar. Tədqiqat zamanı həmçinin kiçik qarabatdaq, böyük ağ vağ, kiçik ağ vağ, boz vağ, ağalın qaz, yaşılbaş ördək, bataqlıq belibağlısı, sultan toyuğu və gümüşü qağayı qeydə alınmışdır.

https://www.facebook.com/groups/183539257717/

1