"İlin quşu" aksiyası

7-8 noyabr 2013-ci il tarixlərində ənənəvi olaraq növbəti "İlin quşu" aksiyası Ağcabədi rayonunda keçirildi. Tədbirdə rayonun üç məktəbin müxtəlif sinif şagirdləri və məktəbin müəllim heyəti iştirak etdilər:

1. Ağcabədi 7 saylı tam orta məktəbi - 100 şagird, məktəbin direktoru və 5 müəllim.
2. Xocavənd rayonu Muğanlı kəndi orta məktəbi (Qarabağ qaçqınları). 30 şagird və 8 müəllim.
3. Ağgöl orta məktəbi. (Ağ-göl gölün ətrafında Laçın rayonunu qaçqınları üçün məktəb). 25 Şağird və 5 müəllim.

Tədbirin keçilmə müddətlərində Azərbayca Ornitoloji Cəmiyyətinin elmi və ictimai fəaliyyətindən, nəşr etdiyi kitablardan, plakatlardan və s məlumat verildi. Sonra 2013 ci ilin quşu "Ağqaş qaz"ın biologiyası və ekologiyasından iştirakçılara məlumat verildi. Hər üç tədbirin sonunda iştirakçılarla ekoloji oyunlar keçirildi. Aksiyaya həsr olunmuş plakatlar, qələmlər və nakleykalar iştirakçılara paylandı.

https://www.facebook.com/groups/183539257717/

 

2