BAŞQA TƏHLÜKƏLƏR

Azərbaycanda quşların həyatına təhlükə törədən digər amillər. Qeyri-qanuni ov (brakonyerlik), göllərin quruması, meşələrin qırılması, həddən artıq mal-qara otarılması və s. ilə əlaqədar olaraq yaşayış sahələrinin itirilməsi (bax ədəbiyyata).

m 515a56c18063dYırtıcı quşlara  aid qeydə alınan mənfi amillər: gəmiricilərə, həşəratlara qarşı işlədilən zəhərlərdən tələf olma, zəhərlərdən istifadə nəticəsində yem bazasının azalması, həmçinin yırtıcı heyvanlara qarşı qoyulmuş tələlərdəki zəhərli cəmdəkdən və ya onun hissələrindən istifadə zamanı tələf olması, "zərərli" quş hesab edilərək öldürülməsi,  eyni zamanda yuvalarının dağıdılması, balalarının yuvadan götürülməsi, özlərinin və müqəvvalarının zoomağazalara, kiçik  heyvanxanalara, istirahət  yerlərinə  satılması  və s. ibarətdir.

zagotovleniya-skvorechnikov-dlya-lesnyx-ptic-300x235Belə  mənfi  halları aradan  qaldırmaq  məqsədilə yırtıcı quşların xeyirli (siçanabənzər gəmiricilər, zərərli böcəklər və çəyirtkələrlə qidalanmaqla xeyir  verirlər) olması barədə, quşun yuvaladığı ərazilərdə yerli əhali arasında ekoloji maarifləndirmə işləri  aparılmalıdır.